Avropa İttifaqı (Aİ) Rusiyaya yardım göstərdiyi iddia edilən rekord sayda – 1600-dən çox şirkətə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər illik ümumi dövriyyəsi 20 milyard ABŞ dollarından çox olan və ümumilikdə 265 mindən artıq işçisi olan 1600-dən çox şirkəti əhatə edə bilər. Paket təsdiqlənərsə, Aİ-nin sanksiya siyahısına daxil edilən hüquqi şəxslərin sayı təxminən 50 faiz artacaq.
Bildirilib ki, yeni tədbirlər ayrı-ayrı sənaye sahələrini deyil, Brüsselin qiymətləndirməsinə görə, Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli olan və ya ona dəstək verən konkret şirkətləri hədəf alacaq.
Mənbələrin sözlərinə görə, sanksiyalar paketinin yaxın həftələrdə Aİ-yə üzv dövlətlərə təqdim edilməsi, oktyabr ayında isə təsdiqlənməsi nəzərdə tutulur.