ABŞ və müttəfiqlərinin Avrasiyada həyata keçirdiyi siyasət Rusiyanı və Çini şimal istiqamətinə sıxışdırmaq, onları isti dənizlərə çıxışdan və əsas ticarət marşrutlarından məhrum etmək məqsədi daşıyır.
Bunu Rusiya prezidentinin müşaviri Anton Kobyakov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın, xüsusilə də Yaponiya kimi müttəfiqləri ilə birlikdə həyata keçirdiyi ekspansiya Avrasiyanı şərqdən və cənubdan əhatə edən “anakonda prinsipi” ilə xarakterizə oluna bilər.
Kobyakov iddia edib ki, bu siyasətin əsas məqsədi Rusiya və Çin kimi böyük kontinental dövlətlərin isti dənizlərə və limanlara çıxışını məhdudlaşdırmaq, onları geosiyasi mühasirəyə almaq və şimal istiqamətinə sıxışdırmaqdır.