Advertisment

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Akif Qurbanovun qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Qurbanov Akif Cəbrayıl oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Herbiand.az -ın xəbərinə görə, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Sulutəpədə Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Akif Qurbanov 1975-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olub. 26 aprel 1994-cü ildə Ağdam rayonunda itkin düşüb.
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Akif Qurbanovun qalıqları dəfn olunub - FOTO