“Azərbaycan Prezidenti ilə mövcud fikir ayrılıqlarını arxada qoymaq üçün əlaqələrimiz davam edəcək”.
Herbiand.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.
“Brüsseldə razılığa gəldik ki, Azərbaycan Prezidenti İlham Əliyevlə mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq üçün, ümumi yanaşmanı formalaşdırmaq üçün əlaqələrimiz davam etsin”- deyə baş nazir bildirib.