Advertisment

1,85 boyum var, qəbrim böyük olacaq” - Ərdoğan

1.85 metr boyundayam, qəbrim bir az böyük olacaq. Başqaları düşünsün".

 

Herbiand.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Bələdiyyələr və Müşavirə İclasında deyib.

 

"Təvazökar olmalıyıq. Yoxsa problem hədsiz dərəcədə böyüyəcək. Biz nəyik? Quluq, qul! Nəhayət, gedəcəyimiz yer torpaqdır. Oradan gəldik, ora gedəcəyik. Boyum 1,85 metrdir, ona görə də qəbrim bir az da böyük olacaq. Başqaları düşünsün", - Ərdoğan deyib.

 

Prezidentin bu sözündən sonra bir partiya üzvü ayağa qalxaraq, "Allah sizə uzun ömür versin, Prezidentimiz", - deyib.