ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan və Ermənistan liderləri arasında olan təmasları alqışlayıb.
Herbiand.az xəbər verir ki, bunu o Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edərkən bildirib.
Sallivan sərhəddində baş verənlərdən narahatlıqlarını da ifadə edib və Cənubi Qafqazda sülh və təhlükəsizliyi dəstəklədiklərini söyləyib.