Advertisment

Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları keçib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4% (2,2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını üstələyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, AMB-nin ehtiyatları isə 10,2% artaraq 7 mlrd. dolları keçib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.

Qeyd edilir ki, ötən iclasdan bəri AMB-də keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.