Advertisment

Azad edilmiş ərazilərdə 30 min hektara yaxın sahədə meşələr bərpa olunacaq

İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb.

Herbiand.az-ın xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd olunub ki, proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın palıd və şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.