Advertisment

“Paşinyan sadəcə İlham Əliyevin sifarişini yerinə yetirir”

““5165 hərəkatı” müxalif siyasi qüvvələrin həbs edilmiş icma liderlərini azad etmək tələbinə qoşulur”.

Herbiand.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni fəal, Ermənistanın “5165 hərəkatı”nın rəhbəri Karin Tonoyan yazıb.

Onun sözlərinə görə, müxalif icma liderlərinin Nikol Paşinyan tərəfindən saxta ittihamlarla həbs edilməsi Ermənistanda bütün hakimiyyətin qəsb edilməsinin ifadəsidir.

Tonoyan qeyd edib ki, bu, xalqın iradəsini azad ifadə etmə prinsipinin pozulmasıdır.

“Belə bir təəssüratımız var ki, Paşinyan sadəcə İlham Əliyevin sifarişini yerinə yetirir”, - deyə erməni fəal vurğulayıb.