Advertisment

Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişlərinə başlanılır

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi “Zəfər çağırışına hay verənlər” layihəsinin icrasına başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə "Konstitusiya və Suverenlik İli"nə həsr olunur.

Layihə iki mərhələdən ibarətdir. 

İlkin mərhələdə layihə çərçivəsində film hazırlanacaq.

Hazırlanacaq filmdə Ermənistanın Azərbaycana təcavüzü, işğal illəri, Zəfər savaşı əks olunacaq.  

Film Vətən müharibəsi şəhidi Məhəmmədəli Cuvarlinski İbrahimlinin xatirəsinə “Məhəmmədəli” adlandırılacaq.

Layihənin ikinci mərhələsində filmin təqdimatı olacaq. 

Təqdimat 27 sentyabr - Anım Günü ərəfəsində Bakıda və Ağdamda keçiriləcək.