Biz seçkidə qələbədən sonrakı Ermənistan hökumətinin ilk iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunu "Güclü Ermənistan" partiyasından baş nazirliyə namizəd, iş adamı Samvel Karapetyan bildirib.
Karapetyan qarşıda duran ən ciddi məsələnin 300.000 azərbaycanlını Ermənistana köçürmək planını dayandırılması olduğu bildirib.
“Əgər biz bunu dayandıra bilməsək, bütün iqtisadi proqramlar qeyri-real olacaq. İş yerlərinin əsas hissəsi azərbaycanlılara veriləcək. Buna görə də hökumətin ilk iclasında mühüm bir qanun qəbul edəcəyik ki, Azərbaycanlılara ev və torpaq almağı və ya onları hədiyyə olaraq qəbul etməyi qadağan etsin”, - deyə Samvel Karapetyan bildirib.