Güclü və bacarıqlı ordu Ermənistanın təhlükəsizliyini və sülhünü təmin edir.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu fikirləri baş nazirt Nikol Paşinyan Ermənistanın Kotayk bölgəsindəki Hrazdan şəhərinin sakinləri ilə görüşündə bildirib.
"Bizə ilk növbədə sülh üçün ordumuz lazımdır. Biz sülhə hazırlaşırıq, çünki başa düşürük ki, güclü və bacarıqlı ordu sülh üçün vacibdir. Güclü və bacarıqlı ordusu olmayan bir ölkə təcavüz üçün bir vasitəyə çevrilə bilər. Buna görə də, həmişə güclü və bacarıqlı bir ordumuz olmalıdır, lakin onun missiyası Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini müdafiə etmək olmalıdır. Bu, təhlükəsizlik və sülhün qarantıdır, dövlətimizi nəsildən-nəslə ötürəcəyimizin qarantıdır", - Paşinyan deyib.