Rumıniyanın Karpat dağında italiyalı turist qonur ayını əli ilə yemləmək istəyərkən hücuma məruz q alıb. Nəticədə turist faciəvi şəkildə vəfat edib.
Herbiand.az bildirir ki, bu barədə “Bild” məlumat yayıb.
Turistin telefonundakı fotolara əsasən, onun vəhşi heyvanlara yaxın olmaq həvəsi olub. 48 yaşlı Omar Rumıniyanın mənzərəli dağ yolu olan Transfeqeraşan şossesi ilə motosikletlə hərəkət edirdi. Burada turistlər arasında təhlükəli tendensiya yayılıb: qonur ayıları qidalandırmaq.
İstintaqın məlumatına görə, yolda ayılara yem verməyi qadağan edən nişanlara baxmayaraq, həmin şəxs onlardan birinin düz qarşısında dayanıb, motosikletdən düşüb və ayıya yemək təklif edib.
“Telefonda hücumdan əvvəl çəkilmiş fotolar da tapılıb. Ayı getdikcə yaxınlaşır. Bunlar yaxından çəkilən şəkillərdir”, - meşə xidmətçisi olan Armand Kiriloyu bildirib.
Şahidlər bildiriblər ki, ayı hücumdan sonra kişinin cəsədini meşəyə sürükləyib və bunun şahidi olan sürücülər təcili yardım çağırıb. Hadisə yerinə qismən silahlı xilasedicilər gəlib, lakin turist artıq ölmüş olub.
Qeyd olunur ki, eyni ayı xilasedicilərə də hücum etməyə çalışıb, ona görə də güllə ilə vurulub. İlkin məlumata görə, bu, balalarını qoruyan ana ayı olub.
Səlahiyyətlilərin məlumatına görə, ərazidə yüzdən çox qonur ayı yaşayır. Təkcə son bir ayda onlar qadağan olunmuş qidalanma zamanı üç turistə hücum ediblər.
Bəxtiyar CƏFƏRLİ