Advertisment

Avropa komissarı “Dron divarı”nın tikintisi üçün vaxtı açıqlayıb

Avropa İttifaqında pilotsuz uçuş aparatlarını izləmək və aradan qaldırmaq üçün sistemin yaradılması bir neçə ay çəkəcək. Ancaq aşkarlama imkanları daha qısa müddət ərzində əhəmiyyətli dərəcədə təkmilləşdirilə bilər.

Herbiand.az bildirir ki, bu barədə Avropanın müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus “Euractive” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı sistemlər aşağı hündürlükdən uçan kiçik dronları aşkar etməkdə çətinlik çəkir: “Ukraynada tətbiq olunduğu kimi, akustik sensorlarla aşkarlama sistemlərinin sürətlə tətbiqi prioritetdir”.

Kubilyus dronları məhv etmək üçün lazerlərdən istifadə etməyi təklif edib.

Bəxtiyar CƏFƏRLİ