Advertisment

ŞƏT-ə üzvlük və ya statusun dəyişdirilməsi üçün 19 ölkədən müraciət daxil olub

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 19 ölkədən üzvlük və ya statusun dəyişdirilməsi ilə bağlı müraciətlərə baxır.

Herbiand.az xəbər verir ki, bunu ŞƏT-in baş katibi Nurlan Yermekbayev “İzvestiya”ya müsahibəsində bildirib.

"Hazırda 19 ölkədən statusun dəyişdirilməsi və ya üzv dövlət, tərəfdaş və ya müşahidəçi qismində quruma üzv olmaq üçün müraciətlər var. Nəzərə alsaq ki, "ŞƏT icması" artıq 27 dövlətdən ibarətdir, bu, təşkilatın yüksək cəlbediciliyini və onun məqsəd və vəzifələrinin dünya dövlətlərinin bir çox dövlətin maraqları ilə uyğunluğunu nümayiş etdirir".