İndoneziya Ukraynaya sülhməramlı qüvvələr göndərmək üçün üzərinə düşən məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Herbiand.az bildirir ki, bunu İndoneziya prezidenti Prabovo Subianto BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bunun üçün mühüm şərtə riayət olunmalıdır: “İndoneziya Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. Lakin bunun üçün BMT müvafiq qərar qəbul etməlidir”.
İndoneziya prezidenti deyib ki, dünyanın müdafiəçilərə ehtiyacı olduğu yerdə xidmət etməyə davam edəcəklər: “Təkcə sözlə deyil, çəkmələrimizlə yerdə. Əgər BMT Təhlükəsizlik Şurası və bu Baş Assambleya qərar verərsə, İndoneziya Ukraynada, Qəzzada, Sudanda, Liviyada, hər yerdə, sülhün bərqərar olması üçün 20 min, hətta daha çox oğlanlarımızı və qızlarımızı göndərməyə hazırdır”.
Bəxtiyar CƏFƏRLİ