Advertisment

MAR prezidenti ölkədə rus muzdlularının olmasına aydınlıq gətirib

Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti Fosten-Arkanj Tuadera Rusiya muzdlularını daimi olaraq ölkəyə yerləşdirmək qərarını müdafiə edib. O, rus muzdluların ölkənin təhlükəsizliyinin təmin edilməsinə kömək etdiyini qeyd edib.

Herbiand.az bildirir ki, prezident bu barədə Financial Times-a müsahibəsində danışıb.

“İnsanlar məndən niyə mənim ölkəmdə ruslar olduğunu soruşanda gülümsəyirəm”, - Tuadera bildirib.

Hazırda MAR-da “Vagner” Özəl Hərbi Şirkətinin təxminən 1500 döyüşçüsü yerləşdirilib.

Afrika ölkəsinin lideri vurğulayıb ki, ölkəsi çətinliklə üzləşdiyi gün dostlar axtarırdı, ancaq bir neçəsi gəlib: “Mən Fransaya və avropalılara zəng etdim, ancaq Ruanda və Rusiya dedi ki, “Biz sizə demokratiyanızı və xalqınızı müdafiə etməkdə kömək edə bilərik”. Paris yalnız məhdud şəkildə hava dəstəyi verdi”.

Tuaderanın yardım istədiyi dövr çox güman ki, 2020-ci il seçkiləri ilə bağlıdır. Həmin zaman seçkilərlə bağlı qeyri-sabitlik dövrü olub. Ölkədə üsyançılar baş qaldırıb. Rusiya və Ruanda isə hökumət qüvvələrinə üsyançıların hücumunu yatırmağa kömək edib.

Bəxtiyar CƏFƏRLİ