Advertisment

Keçmiş FTB direktoru ittiham oluna bilər

ABŞ-da federal prokurorlar prezident Trampın uzun müddətdir rəqibi olan keçmiş Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komiyə qarşı ittiham aktının verilib-verilməməsi barədə qərar verməyə yaxındırlar.

Herbiand.az bildirir ki, bunu CBS News-a məsələ ilə tanış olan bir çox mənbə məlumat verib.

Çoxsaylı media orqanları prokurorların onu Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatının mənbələri barədə yalan danışmaqda ittiham etməyi nəzərdən keçirdiyini yazıb. Bu iş üzrə beş illik məhdudiyyət müddəti çərşənbə axşamı bitir.

Bir neçə gün əvvəl prezident Tramp baş prokuror Pam Bondini Komi və digərlərini araşdırmağa çağırıb. ABŞ lideri onları bu məsələdə bütünlüklə günahkar olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ