Advertisment

Gizir Xanının son əməliyyatı

Gizir Xanı bizi tərk elədi. Onun gedişi Azərbaycan adlı məmləkətdə xoşagəlməz müzakirələr vaxtı oldu.

Məcburi köçkünlərə yersiz həmlələr və cəmiyyətin sanki ikiyə bölünməsi təhlükəsi vardı.

Belə bir durumda aydın səmada bir ildırım çaxdı.

Gizir xanı minaya düşdü. Bu xəbərə mən daxil heç kim inanmırdı. Axı necə ola bilərdi ki, yüzlərlə mina səddini aşmış bir döyüşçü, bir kəşfiyyat uzmanı minaya düşüb?

Mən mistikaya inanan adam deyiləm. Amma sanki burada bir mistika var idi.

Bu Gizir Xanının son əməliyyatı idi sanki.

Bu əməliyyatla o ittiham olunanların nahaqdan hədəfə alındığını, Qarabağa qayıdış üçün mövcud olan problemlərdən birini və ən qorxulusunu faş edirdi. Bunu mən daxil heç birimiz bacarmazdıq. Bunu ancaq USTA KƏŞFİYYATÇI GİZİR XANI bacarardı. Və bacardı.

Ruhun şad olsun, qardaş!
Sən cənnəti çoxdan haqq eləmişdin.
Yehganə təskinliyimiz isə odur ki, ruhun əziz dostlarına qovuşdu.

Asəf Quliyev