İspaniya hökuməti ABŞ prezidenti Donald Trampın ölkəni NATO-dan çıxarmaq çağırışından sonra “həddindən artıq sakitlik” saxlayır.
Herbiand.az bildirir ki, bu barədə İspaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən Europa Press (EP) agentliyi məlumat yayıb.
“İspaniya NATO-nun tamhüquqlu üzvüdür və onun prinsiplərinə sadiqdir. İspaniya da ABŞ kimi alyans çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.”, - adının açıqlanmasını istəməyən yüksək rütbəli ispan məmur agentliyə bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini 5 faizə qədər artırmaq istəmədiyi üçün bu ölkənin NATO-dan çıxarılmasını təklif etmişdi.
Bəxtiyar CƏFƏRLİ