Advertisment

Ukraynada silahlı şəxs polis əməkdaşlarına atəş açıb, iki nəfər yaralanıb

Ukraynanın Çernivtsi vilayətində silahlı şəxs polis əməkdaşlarına ov tüfəngindən atəş açaraq iki polisi yaralayıb.

 

Bu barədə “RBK-Ukraina” məlumat yayıb.

 

Məlumata görə, hadisəni törədən şəxs meşəlik əraziyə qaçıb və hazırda axtarışdadır.

 

Ukrayna Milli Polisinin məlumatına görə, hadisə bu gün səhər radələrində Çernivtsi rayonunun İjevtsı kəndində baş verib.

 

Polis əməkdaşları 54 yaşlı yerli sakinin evinə qanunsuz silah saxlama faktı ilə bağlı açılmış cinayət işi çərçivəsində istintaq hərəkətləri aparmaq üçün gəliblər.

 

İstintaq tədbirləri zamanı kişi ov tüfəngindən polis əməkdaşlarına bir neçə dəfə atəş açıb, daha sonra isə meşə istiqamətində qaçaraq gizlənib.

Nəticədə iki polis əməkdaşı yaralanıb. Onlara tibbi yardım göstərilir.