Advertisment

Mixaylo Fyodorovun Ukrayna müdafiə naziri postuna qayıtması məsələsi gündəmdən çıxarılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasında Baş nazirin sabiq müavini Mixaylo Fyodorovun müdafiə naziri vəzifəsinə təyin olunması məsələsinin artıq gündəmdə olmadığı bildirilib.

 

Bu barədə RBK-Ukrayna mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Prezident Volodimir Zelenski bu variantı artıq aktual hesab etmir. Hazırda müdafiə naziri vəzifəsini icra edən, Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbər əvəzi və "Alfa" xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Yevgeni Xmara hərbi quruma rəhbərlik etməyə davam edəcək.

 

Mənbələrin bildirdiyinə görə, prezident administrasiyası hökumətdə aparılan dəyişikliklərə qarşı keçirilən etiraz aksiyalarının da yaxın vaxtlarda səngiyəcəyini düşünür.

 

"Yalnız 'vayb' üzərində uzun müddət etiraz etmək mümkün olmayacaq", – deyə RBK-Ukraynanın həmsöhbətləri qeyd ediblər.