Advertisment

Rusiyanın Ukraynaya hücumunda 4 nəfər ölüb, 2 yaralı var

Rusiya ordusunun Ukraynanın Zaporojye rayonunun ərazisini atəşə tutması nəticəsində dörd nəfər ölüb, biri uşaq olmaqla iki nəfər yaralanıb.

 

Herbiand.az xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının sədri İvan Fyodorov “Telegram” kanalında məlumat yayıb.

 

O qeyd edib ki, son 24 saat ərzində Rusiya ordusu Zaporojye bölgəsinin 32 yaşayış məntəqəsinə 643 zərbə endirib.