Advertisment

Danimarka müdafiə naziri nüvə silahlarının yerləşdirilməsi məsələsini müzakirə etməyə açıqdır

Danimarka müdafiə naziri Troels Lund Poulsen nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya ölkə ərazisində nüvə silahlarının saxlanması məsələsini müzakirə etməyə açıqdır.

Herbiand.az-ın məlumatına görə, nazir 24 fevralda Kiyevə səfəri zamanı Politiken nəşrinə bildirib ki, müzakirə NATO çərçivəsində aparılmalıdır.

“Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə açığam. Həm iqtisadi baxımdan, həm də imkanlar baxımından”, - Poulsen Danimarka ərazisində birgə maliyyələşdirmə və nüvə silahlarının mümkün yerləşdirilməsi məsələsini müzakirə etməyə açıq olub-olmadığı sualına cavabında bildirib.

Danimarkanın son 70 ildəki nüvə silahları siyasəti öz ərazisində nüvə silahlarının qadağan edilməsini əhatə edir.

Bəxtiyar CƏFƏRLİ