Bizim hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq.
Herbiand.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların başlaması ilə xalqa müraciətində deyib.
O, İrana qarşı başladılan hərbi əməliyyatı “Şirin nərəsi” adlandırıb. Netanyahu əməliyyatların bir neçə gün davam edəcəyini bəyan edib.
Onun sözlərinə görə, “İsrail və ABŞ İrandakı terror rejiminin ekzistensial təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başlayıb”.
“47 ildir Ayətullah rejimi "İsrailə ölüm", "Amerikaya ölüm" deyə qışqırır. Qanımızı tökdülər, bir çox amerikalıları öldürdülər və xalqı arasında qırğınlar törədiblər.
Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməyə imkan verəcək nüvə silahı ilə silahlanmasına icazə verilməməlidir. Bizim (ABŞ-la) birgə hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq. İran xalqının bütün üzvlərini züldən qurarmağın və İranı azadlığa və barışa qovuşdurmağın vaxtı gəlib çatdı. Mən sizə müraciət edirəm, İsrail vətəndaşları, arxa komandanlığın göstərişlərinə əməl edin, yaxın günlərdə "Şirin nərəsi" əməliyyatında hamımıza dözüm və cəsarət lazımdır”, - Netanyahu qeyd edib.