Azərbaycanda güclü zəlzələ ehtimalı yoxdur.
Bu barədə Herbiand.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar davam edir.
Qurban Yetirmişli bildirib ki, avterşokların baş verməsi enerji məsələsindən asılıdır: "Bu da o deməkdir ki, güclü zəlzələ ehtimalı yoxdur".
Qeyd edək ki, bu gün yerli vaxtla 15:52-də 13 km dərinlikdə 4,7 maqnitudalı, 5 bal gücündə hissedilən zəlzələ olub.