Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Herbiand.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 14 tüfəng və 45 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.