Advertisment

Rosatom İranın Buşehr AES-indən işçilərinin təxliyəsinin üçüncü mərhələsinə başlayıb

Rosatom İranın Buşehr Atom Elektrik Stansiyasından (AES) işçilərinin təxliyəsinin üçüncü mərhələsinə başlayıb.

 

Herbiand.az xəbər verir ki, bunu Rosatomun rəhbəri Aleksey Lixaçev bildirib.

 

Onun sözlərinə görə, tezliklə daha iki qrup təxliyə olunacaq.

 

Lixaçov Rosatomun regiondakı vəziyyət normallaşana qədər AES ərazisindəki mütəxəssislərin sayını minimuma endirəcəyini də söyləyib.

 

O bildirib ki, Buşehr Atom Elektrik Stansiyasında vəziyyət mənfi istiqamətdə inkişaf etməyə davam edir.

 

Lixaçov qeyd edib ki, çərşənbə axşamı Moskva vaxtı ilə saat 21:00-da AES-in 1-ci blokunun yaxınlığındakı əraziyə yeni bir zərbə endirilib və heç bir itki olmayıb.