Advertisment

"Azərbaycan deyir ki, sizin Konstitusiyanızda bu ifadələr qaldıqca..." - Mirzoyan

Azərbaycan Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələb irəli sürmür, sadəcə bildirir ki, Qarabağla bağlı orada mövcud olan ifadələr qalmaqda davam edərsə, Bakı sülh sazişini yekun olaraq imzalamayacaq.

Herbiand.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın Xarici Əlaqələr Komissiyasının iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyanın sözlərinə görə, Azərbaycan ilə son görüşdə Bakı tərəfindən Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir tələb səsləndirilməyib: "Biz deyəndə ki, Konstitusiyamızı sizinlə müzakirə edə bilmərik, çünki bu, Ermənistanın daxili işidir və danışıqlar mövzusu deyil, onlar dedilər: "çox yaxşı, bu sizin daxili işinizdir, biz bununla bağlı danışıqlar aparmırıq, sadəcə bildiririk ki, sizin Konstitusiyanızda bu ifadələr qaldıqca biz sülh sazişini yekun olaraq imzalamağa hazır deyilik"".