Amerikanın “Boeing” şirkəti CH-47 Chinook ağır nəqliyyat helikopterini hücum və kəşfiyyat dronları üçün platformaya çevirməklə bağlı konsepsiya təqdim edib.
Herbiand.az bildirir ki, söhbət yeni aparatın yaradılmasından deyil, mövcud helikopterin rolunun dəyişdirilməsindən gedir.
Təqdim olunan materiallara görə, Chinook-dan dronların bütün qruplarını birbaşa döyüş zonalarına çatdıra və buraxa bilən dron daşıyıcısı kimi istifadə olunması təklif olunur. Konsepsiyada helikopterin yük bölməsinin içərisində yerləşən ixtisaslaşmış dron modulları təsvir olunub. Bu dronlar arxa rampa vasitəsilə havaya buraxıla bilər və daha sonra kəşfiyyat, hədəf toplama və ya zərbə missiyaları yerinə yetirə bilərlər. Beləliklə, yük və şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş klassik nəqliyyat helikopteri daha mürəkkəb döyüş sisteminin elementinə çevrilir.
Bəxtiyar CƏFƏRLİ