Advertisment

“Ukrayna ordusunun itkiləri təxminən 2 milyon təşkil edir” - Alaudinov

Xüsusi hərbi əməliyyatın bütün müddəti ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən iki milyona çatıb.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin baş hərbi-siyasi idarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-leytenant Apti Alaudinov TASS-a verdiyi müsahibədə deyib.

O qeyd edib ki, bir neçə ay əvvəl təxminən 1,7 milyon rəqəmi ictimaiyyətə açıq idi: “Sonrakı hadisələri nəzərə alsaq, bu rəqəmin daha da artacağı, iki milyona yaxın və hətta onu keçəcəyi gözlənilir. Bu, Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə ağır vəziyyətdir”.

Bəxtiyar CƏFƏRLİ