Advertisment

Azərbaycan hökuməti Rusiyanın azad edilmiş ərazilərdəki işlərini yüksək qiymətləndirir

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.

Herbiand.az -ın xəbərinə görə, Şahin Mustafayev Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın iclasında Araz Vadisi İqtisadi Zonasında “KamAZ” servis mərkəzinin və Ağdamın Mahrızlı kəndində Həştərxan qubernatorluğu tərəfindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib.

Şahin Mustafayev bütün bunlara görə Rusiya tərəfinə təşəkkür edib.