Amerikanın A-10 “Thunderbolt-II” hücum təyyarələrinin xidmət müddəti 2030-cu ilə qədər uzadılacaq.
Herbiand.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Mink deyib.
“Pentaqonun rəhbəri Pit Heqsetlə məsləhətləşdikdən sonra A-10 platformasının xidmət müddətini 2030-cu ilə qədər uzadırıq. Bu addım, hərbi-sənaye kompleksinin döyüş uçuş aparatlarının istehsalını artırmaq üçün çalışarkən döyüş qabiliyyətinin davamlılığını təmin edəcək”, - Mink bildirib.
Qeyd edək ki, bu təyyarələrin 2026-cı ilə qədər istismardan çıxarılacağı planlaşdırılırdı.
Bəxtiyar CƏFƏRLİ