Fransanın Rafale qırıcı təyyarələri, İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniyadan olan təyyarələrlə birlikdə, 20 aprel Bazar ertəsi günü Baltik dənizi üzərində uçan Rusiya strateji bombardmançılarını, eləcə də Tu-22M3 səsdən sürətli raket daşıyan bombardmançılarını və Su-30 və Su-35 qırıcı təyyarələrini nəzarətə götürüb.
Herbiand.az xəbər verir ki, Fransa komandanlığı bu barədə hadisədən bir gün sonra, 21 aprel Çərşənbə axşamı günü məlumat verib.
Rusiya daha böyük strateji bombardmançı təyyarələri müşayiət etmək üçün iki Tu-22M3, eləcə də təxminən 10 Su-30 və Su-35 təyyarəsini havaya qaldırıb.
Associated Press xəbər verib ki, Rafale təyyarələri Litvanın Şyaulyay şəhərindəki hava limanından havaya qalxıb.
Rusiya Müdafiə Nazirliyi uçuşun planlaşdırılmış olduğunu bildirib.