Advertisment

Hörmüz boğazında gəmiyə hücum olub

Oman sahillərindən təxminən 28 kilometr aralıda, Hörmüz boğazında konteyner gəmisinə hücum edilib.

Herbiand.az xəbər verir ki, Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin  məlumatına görə, gəmi kapitanı SEPAH-a mənsub bir qayığının yaxınlaşaraq atəş açdığını bildirib. Məlumatda bildirilir ki, hücum nəticəsində körpüyə ziyan dəydiyi bildirilir.

Xəsarət alan olmayıb və heyət təhlükəsizdir.

Bir müddət əvvəl Reuters agentliyi fırıldaqçıların Hörmüz boğazında ilişib qalmış gəmiləri aldadaraq "təhlükəsiz keçid" üçün ödəniş tələb etdiklərini bildirmişdi.