Advertisment

Pentaqon Polşaya 4 min əsgər göndəriləmsi planın gözlənilmədən ləğv edib

Pentaqon Polşaya zirehli briqadanın göndərilməsini qəfil ləğv etdi ki, bu da Prezident Donald Trampın ABŞ-ın Avropadakı mövcudluğunu azaltmaq planının həyata keçirilməsi istiqamətində əhəmiyyətli bir addımdır.

Herbiand.az “Defense News”a istinadən xəbər verir ki, ABŞ Ordusu Polşaya 2-ci Zirehli Briqada Döyüş Komandasının, 1-ci Süvari Diviziyasının - 4000-dən çox əsgər və onların texnikasının - göndərilməsini ləğv edib.

Çərşənbə günü Ordunun sözçüsü qərarı təsdiqləyib, lakin təfərrüatlar verməkdən imtina edib.

Çərşənbə axşamı Ordunun büdcə vəziyyəti ilə bağlı Konqresdə keçirilən dinləmə zamanı Pentaqon rəsmiləri göndərilmənin ləğvindən bəhs etmədilər.