Advertisment

Rusiyada yaralı əsgərlər barədə ilk qaynar xətt açılıb

Xüsusi hərbi əməliyyatda yaralanan hərbçilər barədə məlumat üçün ilk qaynar xətt Yekaterinburqda açılıb.

Herbiand.az bildirir ki, bu barədə Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Komissarı Tatyana Merzlyakova özünün VKontakte sosial şəbəkəsində yazıb.

"Çox vacib xəbər: ölkədə yaralı xüsusi hərbi əməliyyat iştirakçılarını axtarmaq üçün yeganə qaynar xətt Yekaterinburqda açılıb", - Merzlyakova qeyd edib.

O, vurğulayıb ki, xüsusi hərbi əməliyyat iştirakçılarının qohumları indi yaxınlarının taleyini aydınlaşdırmaq, hansı xəstəxanada olduqlarını və onları ziyarət edib-etmədiklərini öyrənmək imkanına malikdirlər: "Qaynar xətt Rusiya Federasiyasının Mərkəzi Hərbi Dairəsinin tərkibinə daxil olan 29 subyektinin sakinləri üçün Yekaterinburq vaxtı ilə hər gün səhər saat 9:00-dan axşam saat 7:00-dək açıq olacaq".

Merzlyakova əlavə edib ki, məlumat əsgərin qəbul edildiyi yer və tarix əsasında veriləcək, digər məlumatlar isə tibb müəssisəsinə baş çəkildikdən sonra əldə ediləcək.

Bəxtiyar CƏFƏRLİ