Türk mənəviyyatının əsas dayağı olan Yasəvi irsinin qardaşlıq bağlarını möhkəmləndirəcəyinə inanırıq.
Herbiand.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Beləliklə, Xoca Əhməd Yasəvi ordeni dünən yüksək səviyyəli görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təntənəli şəkildə təqdim olundu. Biz Türk mənəviyyatının əsas dayağı olan Yasəvi irsini daha da ucaldaraq xalqlarımız arasındakı sarsılmaz qardaşlıq bağlarını möhkəmləndirəcəyinə inanırıq”, - dövlət başçısı qeyd edib.
Kasım-Jomart Tokayev bu gün Türküstanda Özbəkistanın dəstəyi ilə yeni “Sənətkarlar xiyabanı”nın açılmasına görə xüsusi minnətdarlığını bildirib: “Bu gözəl hədiyyəyə görə Şavkat Mirziyoyevə və özbək xalqına səmimi təşəkkürümü bildirirəm”.