Advertisment

Rusiya 2029-cu ilə qədər NATO-ya hücum edə bilər - Alman generalı

Bundesverin baş müfəttişi Karsten Breuer (bu vəzifə Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə bərabərdir - red.) Rusiyanın 2029-cu ildən gec olmayaraq NATO ölkələrinə hücum edə biləcəyi barədə xəbərdarlıq etdi.

Herbiand.az xəbər verir ki, Breuer 14 may cümə axşamı günü dərc olunan “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə bildirib:

 "Müxtəlif göstəricilər - silah və personalın toplanması, iqtisadi və siyasi inkişaflar - bir nöqtədə birləşir: 2029. Bu, daha tez baş verə bilərmi? Bəli."

“Süddeutsche Zeitung” həmçinin Breuerin britaniyalı həmkarı, Britaniya Silahlı Qüvvələrinin (Bundesver) Müdafiə Qərargah rəisi Riçard Naytonla da danışıb. O, Rusiyanın NATO ölkələrinə mümkün hücumu üçün dəqiq tarix göstərməyib, lakin tendensiyanın aydın olduğunu qeyd edib. "Təhdid artır. Rusiya Ukraynadakı döyüşlərdən dərs çıxarır və yeni texnologiyalar inkişaf etdirir. Putin suveren dövlətlərə hücum etməyə hazır olduğunu nümayiş etdirib. Rusiya sərhədinə nə qədər yaxınlaşırsa, bu, bir o qədər kəskin hiss olunur", - deyə Britaniya hərbi komandanı vurğulayıb.