Advertisment

Putin: “Ağır yaralı əsgərlərin ailələrinə də kömək olunmalıdır

Rusiya Prezidenti Vladimir Putin yalnız ağır yaralı əsgərlərə deyil, həm də onların ailələrinə kömək göstərməyin vacibliyini vurğulayıb.

Herbiand.az bildirir ki, Putin bu barədə Kremldə Yakutiya rəhbəri Aysen Nikolayevlə görüşdə deyib.

"Ağır yaralanan uşaqlara diqqət çəkmək istəyirəm. Həm onlara və həm də ailə üzvlərinə də kömək etməliyik, çünki onların üzərinə böyük yük düşür", - Putin görüş zamanı bildirib.

Nikolayev dövlət başçısına söyləyib ki, Respublikanın Moskva yaxınlığındakı “Bes Çaqda” sanatoriyası ağır yaralı əsgərlərin reabilitasiyasına yönəldilib.

Bəxtiyar CƏFƏRLİ