Nevski Gəmiqayırma Zavodu Rusiya Müdafiə Nazirliyi tərəfindən Rusiya Hərbi Dəniz Qüvvələri üçün sifariş edilmiş "Aleksey Şein" orta dəniz tankerini suya salıb.
Herbiand.az bildirir ki, bu, Rusiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən üçüncü (ümumi dördüncü) Layihə 23130 gəmisidir.
Gəmi hərbi gəmilər üçün yanacaq, eləcə də aviasiya yanacağı və qida məhsulları daşımaq üçün nəzərdə tutulub. Həmçinin, əsas missiyalarından biri təyyarədaşıyan gəmiləri müşayiət etməkdir.
Tankerin uzunluğu 130 metr, eni təxminən 21 metrdir. Heyət 24 nəfərdən ibarətdir.
Bəxtiyar CƏFƏRLİ