Advertisment

Kəşmirdə sərnişin avtobusu dərəyə aşıb, 5 qadın ölüb

İranın şərqində yerləşən Xorasan əyalətinin Kəşmir şəhərində mikroavtobus dərəyə yuvarlanıb.

Herbiand.az -ın məlumatına görə, bu barədə İran Yol Polisi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 5 qadın ölüb, bir neçə sərnişin yaralanıb.

İlkin məlumata əsasən, qəzanın başlıca səbəbi əyləc sistemində yaranan nasazlıq olub.