Rusiya silahlı qüvvələri cümə axşamı gecəsi və 6 avqust cümə axşamı səhəri Ukraynaya yenidən kütləvi hava zərbələri endirib.
Xüsusilə, Rusiya Xarkov bölgəsindəki Balakliyə hücum daha iri miqyaslı olub. Şəhərin hərbi administrasiyasının rəhbəri Vitali Karabanov öç nəfərin öldüyünü bildirib.
Zərbələrdən biri fərdi evə dəyib və bir qadın ölüb. Hadisə yerində yanğın baş verib və xilasedicilər dağıntıları təmizləyirlər.
Başqa bir zərbə iki nəfərin - bir kişi və bir qadının ölümünə səbəb olub.