Advertisment

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını daha 19 bənd genişləndirib.

Böyük Britaniya hökuməti “Ozon Bank” da daxil olmaqla, 13 şirkət və fiziki şəxs, həmçinin 6 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

Rəsmi London bildirib ki, yeni qərar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların gücləndirilməsi və Moskvanın maliyyə və iqtisadi fəaliyyətinin məhdudlaşdırılması məqsədi daşıyır.