Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Kristin Qriqoryan yenidən ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Armenpress agentliyinin məlumatına görə, müvafiq qərar Ermənistan hökumətinin rəsmi e-gov.am portalında dərc edilib.
Sənəddə bildirilir ki, qərar "Dövlət qulluğu haqqında" və "Xarici Kəşfiyyat Fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında" qanunların müvafiq müddəalarına əsasən qəbul edilib.
Qərara əsasən, indiyədək Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Kristin Qriqoryan həmin qurumun rəhbəri vəzifəsinə yenidən təyin olunub.
Qeyd edək ki, qərar Baş nazir Nikol Paşinyanın imzası ilə qüvvəyə minib və rəsmi dövlət portalında dərc olunub.