Dövlətlər, xüsusilə də böyük dövlətlər bir-birinə etimadını itirib və bu da BMT-nin, onun institutlarının fəaliyyətinə mənfi təsir göstərir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurultayın (təkpalatalı parlamentin - red) açılış sessiyasında etdiyi çıxışda bildirib.
“Dövlətlər, xüsusilə də böyük ölkələr, əslində, bir-birinə etibar etməyi dayandırıblar”, - deyə o bildirib.
Qazaxıstan prezidentinin sözlərinə görə, bu fonda BMT Təhlükəsizlik Şurası qlobal və regional sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi missiyasını faktiki olaraq yerinə yetirməyi dayandırıb.
Tokayev qeyd edib ki, yaranmış şəraitdə regional beynəlxalq təşkilatların rolu artır.