Advertisment

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

UEFA Avropa Liqasının əsas mərhələsinin püşkü atılıb.

Herbiand.az xəbər verir ki, Monakoda keçirilən püşkatmada Türkiyənin “Beşiktaş” klubunun da rəqibləri müəyyənləşib. İstanbul təmsilçisi səfərdə Almaniyanın “Bayer”, Şotlandiyanın “Seltik”, Kiprin “Omoniya” və Almaniyanın “Hoffenhaym” klubları ilə qarşılaşacaq.

“Beşiktaş” evdə isə Fransanın “Marsel”, Belçikanın “Union”, İngiltərənin “Kristal Pelas” və İsrailin “Hapoel” (Beer-Şeva) komandalarını qəbul edəcək.