Advertisment

“Avropa Parlamentinin qərarı makulaturadır”

Avropa İttifaqının Gürcüstan üçün viza rejimini ləğv etməsinə baxması üçün 27 ölkənin hamısının razılığı olmadan mümkün deyil. Avropa Parlamentinin qəbul etdiyi qətnamə heç bir təhlükə yaratmır.

Bu fikirləri “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze brifinqdə söyləyib.

Herbiand.az xəbər verir ki, qəbul olunan qətnamədə vizasız rejimə yenidən baxılması, “Gürcü Arzusu”nun banisi Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması və LGBT təbliğatının qadağan edilməsi təşəbbüsünün geri götürülməsi zərurətindən bəhs edir.

Koladze bu qətnaməni “makulatura” adlandırıb: “Avropa bürokratiyasında hələ də belə biabırçı addıma təkan verməyəcək sağlam siyasi qüvvələr var”.

Herbiand.az