Advertisment

Britaniya donanmasının PUA-ları süni intellektlə təmin olunacaq

Britaniyalı müdafiə podratçısı Kraken Technology Group ABŞ-ın BlueHalo şirkəti ilə əməkdaşlıq sazişi bağlayıb. Saziş süni intellekt və maşın öyrənməsini xüsusi pilotsuz yerüstü və sualtı sistemlərə inteqrasiya etmək üçün imzalanıb.

Herbiand.az bu barədə The Defense Post-a istinadən bildirir.

BlueHalo şirkəti Britaniya şirkətinin bir neçə pilotsuz təyyarəsini K3 “Scout” gizli çoxməqsədli yerüstü dron, K4 “Manta” sualtı avtonom uzun mənzilli müşahidə aparatı və K5 “Kraken” sahil patrul pilotsuz gəmisi ilə təchiz edəcək.

Bunlardan əlavə, Britaniya dəniz qüvvələrinin pilotsuz təyyarələri havadan gələn təhlükələrdən qorunmaq üçün BlueHalo tərəfindən hazırlanmış “Titan” və “SkyView” elektron döyüş sistemləri ilə də təchiz ediləcək.

Bəxtiyar CƏFƏRLİ