Advertisment

Bu müsbət çağırış kimi dəyərləndirilməlidir – Politoloq

Bunu Azərbaycanın bir daha sülhpərvər mövqedə olduğunun nümayişi kimi də qiymətləndirmək olar.

Bu fikirləri Herbiand.az-a politoloq Oqtay Qasımov COP29 zamanı rəsmi Azərbaycanın müharibə edən ölkələrə atəşkəsin bağlanması ilə bağlı təklifinə münasibət bildirərkən söyləyib:

“Dünyanın əksər ölkələrində beynəlxalq oyunlar və humanitar tədbirlər zamanı bu cür çağırışlar edilir. Azərbaycan da ilin sonunda COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyi üçün belə bir təşəbbüslə çıxış etməyi düşünür. Və bu gün dünyada ciddi proseslərin getdiyini, gərginliyin önəmli dərəcədə artdığını və savaş risklərinin çoxaldığını qəbul edəriksə, o zaman bu müsbət çağırış kimi dəyərləndirilməlidir.”.

Elnurə İSAXAN